AS: Arda Turan “Barselona”dan ayrılır
Bizi izləyin

İdman

AS: Arda Turan “Barselona”dan ayrılır

Ötən yay 41 milyon avro qarşılığında “Atletiko”nu “Barselona”ya dəyişən Arda Turanın karyerasını harada davam etdirəcəyi hələ də naməlum olaraq qalır.

Publika.az xəbər verir ki, oyun praktikasından əziyyət çəkən Türkiyə millisinin lideri Kataloniya klubundakı durumundan razı deyil. İspaniyanın “As” qəzeti isə “Barsa” rəhbərliyinin Ardanı mövsümün sonunda getmək istəyəcəyi təqdirdə saxlamayacağını yazıb. Baş məşqçi Luis Enrike yayda təkliflər olacağı təqdirdə Daniel Alveş və Ardanın önünü kəsməyəcəyini bildirib.

29 yaşlı Arda Turan “Barselona”nın heyətində 23 oyuna çıxıb və 2 qol, 4 məhsuldar ötürməylə yadda qalıb.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm