Çempionlara “Mersedes” və Las Veqasa səyahət hədiyyə olunacaq
Bizi izləyin

İdman

Çempionlara “Mersedes” və Las Veqasa səyahət hədiyyə olunacaq

Bu mövsüm İngiltərə çempionu adını qazanan "Lester" klubunun futbolçuları əlavə mükafat alacaqlar.

Publika.az xəbər verir ki, klubun sahibi Vişay Şrivaddanaprabha əsas komandanın hər bir oyunçusuna "Mercedes" markalı avtomobil hədiyyə edəcək.

Avtomobillərin bazar qiyməti 32670 funt sterlinqdir. Bundan başqa, Şrivaddanaprabha öz hesabına bütün komandaya ABŞ-ın Las Veqas şəhərinə səfər vəd edib. Baş məşqçi Klaudio Ranyeri isə 5 milyon funt sterlinq mükafat qazanacaq.

Qeyd edək ki, "Lester" mayın 2-də "Çelsi"nin "Tottenhem"lə 2:2 hesablı heç-heçə etməsindən sonra tarixində ilk dəfə çempion olub. Premyer Liqanın son 2 turunda "Tülkülər" mayın 7-də "Everton"la evdə, mayın 15-də "Çelsi" ilə səfərdə üz-üzə gələcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm