“Əlincə” gümüş medallara sahib oldu - FOTO
Bizi izləyin

İdman

“Əlincə” gümüş medallara sahib oldu - FOTO

“Əlincə”nin 16 yaşadək futbolçulardan ibarət komandası Azərbaycan çempionatının gümüş medallarını qazanıb.

Publika.az xəbər verir ki, Vasif Haqverdiyevin yetirmələri medallara son turda səfərdə "Sumqayıt"la keçirdiyi oyunda sahib çıxıb. 0:0 hesabı ilə bərabərə qalan komanda 28 oyundan sonra xal hesabını 65-ə çatdırıb. Bununla da “Əlincə” çempionatı ən yaxın izləyicisi “Neftçi”dən 1 xal öndə bitirib və U-16 Liqasında II yeri tutub.

Çempionatda keçirdiyi 28 görüşün 20-də qələbə qazanan “Əlincə”nin 16 yaşlıları 5 oyunda heç-heçə oynayıb, 3-də isə məğlub olub. Rəqib qapılarına 80 dəfə yol tapan futbolçularımız öz qapılarından cəmi 12 top buraxıb və çempionatın ən az top buraxan 2 komandasından biri olub.

Xatırladaq ki, “Əlincə” 2012/13 mövsümündə keçirilən U-15 liqasında da gümüş medallara sahib çıxmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm