• USD 1,7001 0,00% EUR 2,0010 -0,38%
    • GBP 2,2439 +0,72% RUB 0,0295 -0,34%

Cüdoçularımızın fiaskosu – Ümid gümüşə qaldı

  • İdman
  • 6 May 2016 15:06
  • 614 Baxış
Cüdoçularımızın fiaskosu – Ümid gümüşə qaldı

Bakıda cüdo üzrə "Böyük Dəbilqə" turnirində mübarizə aparan Azərbaycanın 10 cüdoçusundan heç biri yarımfinala yüksələ bilməyib.

Publika.az xəbər verir ki, qadınların mübarizəsində 48 kq çəkidə çıxış edən Aişə Qurbanlı 1/8 finalda Qvineya Bisau təmsilçisi Tasiana Limaya məğlub olub. Eyni çəkidə mübarizə aparan milli komandanın digər üzvü Şəfəq Məmmədova 1/8 finalda türkiyəli Dilara Lokmanhekimə uduzub.

60 kq-da İlqar Müşkiyev 1/4 finala qədər yüksəlsə də, yarımfinala gedən yolda Yaponiya cüdoçusu Ryuju Naqayama ilə bacarmayıb. Buna baxmayaraq, İ.Müşkiyev təsəlliverici görüşə çıxıb. Lakin bu dəfə o, özbəkistanlı Diyorbek Urozboyevə uduzaraq, yarışı 7-ci pillədə tamamlayıb. Müşkiyevə qalib gələn yaponiyalı idmançı 1/16 finalda millinin daha bir üzvü Orxan Səfərovu məğlub edib. Eyni çəkidə yarışan Vüqar Şirinli 1/16 finalda Böyük Britaniya idmançısı Eşli Makkenzyeyə uduzub. Elbrus Zamanov isə israilli Artyom Arşanski ilə bacarmayıb.

66 kq çəkidə də yalnız bir cüdoçu medal qazanma şansını qoruyub. 1/4 finala qədər bütün rəqiblərindən güclü olan Tərlan Kərimov bu mərhələdə ispaniyalı Suqoi Uriarteyə yenilib. Lakin ilk təsəlliverici görüşdə o, italiyalı Elio Verdeni yenərək, bürünc medal uğrunda qarşılaşmada iştirak hüququ əldə edib.

İskəndər Talışınski 1/8 finala qədər irəliləsə də, rusiyalı Mixayil Pulyayevə qalib gələ bilməyib. Famil Məmmədzadə 1/16 finalda belçikalı Kennet Van Qansbekə, Orxan Əskərzadə qazaxıstanlı Əzəmət Mukanova uduzub.

Qeyd edək ki, "Böyük Dəbilqə" turniri mayın 8-dək davam edəcək.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>