Bravo, Çunayev: ermənini uddu, lisenziya qazandı - VİDEO
Bizi izləyin

İdman

Bravo, Çunayev: ermənini uddu, lisenziya qazandı - VİDEO

Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən II Dünya təsnifat turniri keçirilir.

Publika.az xəbər verir ki, yunan-Roma güləşi üzrə 66 kq çəkidə çıxış edən Rəsul Çunayev turnirin finalına yüksəlib və nəticədə "Rio-2016"ya vəsiqə qazanıb.

R.Çunayev ardıcıl olaraq Domonik Etlinger (4:0), Pavel Liax (9:7), David Kareçinski (6:1) və erməni əsilli, Fransanı təmsil edən Artak Marqaryanı (8:0) məğlub edib. Azərbaycanlı pəhləvanın qızıl medal uğrundakı rəqibi Qırğızıstandan Ruslan Tsarev olacaq.

Yarışın reqlamentinə əsasən, finala yüksələn hər bir güləşçi olimpiadaya lisenziya əldə edir. Final görüşləri Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm