• USD 1,7008 0,00% EUR 1,9963 -0,36%
    • GBP 2,1926 -0,12% RUB 0,0287 +0,35%

İsveç futbolçuları İngiltərə millisinə qalib gəlib - FOTO

  • İdman
  • 7 May 2016 04:14
  • 386 Baxış
İsveç futbolçuları İngiltərə millisinə qalib gəlib - FOTO

Mayın 6-da 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin “C” qrupunda birinci turun iki qarşılaşması oynanılıb.

İlk oyunda İngiltərə millisi İsveçlə qarşılaşıb. Oyun İsveç yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşə fəal başlayan skandinaviyalı gənclər 4-cü dəqiqədə istəklərinə nail olublar. Asoro komandasını hesabda irəli çıxarıb - 1:0. Futbolçu 59-cu dəqiqədə daha bir qol vuraraq dublunu rəsmiləşdirib. İngiltərə millisi yalnız 62-ci dəqiqədə Nelsonun qolu ilə buraxılan toplardan birinin əvəzini çıxıb.

Beləliklə, ilk turu 3 xalla başa vuran İsveç qrupda liderliyi ələ keçirib.

“C” qrupunun digər oyununda Fransa və Danimarka milliləri qarşılaşıb. “Dalğa Arena”da keçirilən oyunda qapilara qol vurulmayıb - 0:0.

Qrupun paralel keçən oyununda isə İsveç İngiltərə üzərində qələbə qazandığından Fransa və Danimarka ilk turdan sonra hərəyə bir xalla ikinci və üçüncü yerləri bölüşür.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>