“Tour d'Azerbaidjan-2016” beynəlxalq velosiped turu başa çatdı
Bizi izləyin

İdman

“Tour d'Azerbaidjan-2016” beynəlxalq velosiped turu başa çatdı

Beş mərhələdən ibarət “Tour d'Azerbaidjan-2016” beynəlxalq velosiped turu başa çatıb.

Publika.az-ın xəbərinə görə, beşinci – sonuncu mərhələdə iştirakçılar Bakı-Abşeron-Bakı marşrutu üzrə158 kilometr məsafə qət ediblər.

Bu mərhələnin qalibi Almaniyanın "Bora-Argon 18" peşəkar kontinental komandasının üzvü Mixael Şvarcmann olub.

Xatırladaq ki, mayın 4-də Azərbaycan paytaxtının Bayraq meydanından start götürən turda 19 ölkədən 21 komanda iştirak edib. Onlardan 6-ı pro-kontinental, “Synergy Baku” da daxil olmaqla 14-ü kontinental, 1-i isə milli komandadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm