Ronaldonun sevgilisi türkləri özünə cəlb etməyə hazırlaşır - FOTOLAR
Bizi izləyin

İdman

Ronaldonun sevgilisi türkləri özünə cəlb etməyə hazırlaşır - FOTOLAR

Ronaldonun sevgilisi türkləri özünə cəlb etməyə hazırlaşır - FOTOLAR

Ulduz futbolçu Ronaldonun sevgilisi cazibədar İrina Şeyk iyunun 6-da Antalya “Expo Center”də reallaşacaq “Dosso Dossi Fashion Show”da baş maneken olaraq podiuma çıxacaq.

Publika.Az xəbər verir ki, bu il “Dosso Dossi Fashion Show” iyunun 5-11-də Antalyada 18-ci dəfə keçiriləcək.

Rusiyalı qonaqların istəyi ilə cazibədar modellə müqavilə imzalanıb.

İyunun 6-da - cümə günü keçiriləcək şouda İrina Şeykin 4 fərqli geyim təqdim edəcəyi bildirilib.

“Dosso Dossi Fashion Show” bundan əvvəl Adriana Lima, İsabeli Fontana, Erin Heaterton və Miranda Kerr kimi adları Antalyada podiuma çıxarıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm