Futbolçu stadionda öldü - FOTO
Bizi izləyin

İdman

Futbolçu stadionda öldü - FOTO

Yaşıl meydanlarda daha bir ölüm hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, Braziliyanın "Friburqense" klubunun futbolçusu Bernardo Ribeyronun oyun zamanı ürəyi dayanıb.

Ribeyro təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. İki gün öncə Rumıniyanın “Dinamo” klubunun 26 yaşlı yarımmüdafiəçisi Patrik Ekenqin oyun zamanı ürəyi dayanıb.

Ölkə birinciliyinin “Vitorul”la oyununda 26 yaşlı futbolçu meydana girəndən 7 dəqiqə sonra huşunu itirib. Klubun həkimləri dərhal meydana daxil olublar. Məlum olub ki, Patrik Ekenqin ürəyi dayanıb. Həkimlər onun ürək döyüntülərini bərpa etsələr də vəziyyətin gərgin olduğunu görüb təcili tibbi yardım maşını ilə xəstəxanaya yola salıblar. Ancaq Ekenq heç bir xüsusi avadanlığı olmayan, sadəcə nəqliyyat kimi istifadə edilən tibbi yardım maşınında xəstəxanaya çatmamış vəfat edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm