Rusiya ciddi itki ilə üzləşdi
Bizi izləyin

İdman

Rusiya ciddi itki ilə üzləşdi

Rusiya yığmasının və İspaniyanın "Valensiya" klubunun futbolçusu Denis Çerışev AÇ-2016-dan kənarda qalacaq.

Publika.az xəbər verir ki, 26 yaşlı hücumçu La Liqanın 36-cı turunun "Vilyarreal"la qarşılaşmasında zədələnib.

Çerışevin sol baldır əzələsində qırıq aşkarlanıb. Həkimlər futbolçunun mayın 17-də əməliyyat olunmasına qərar veriblər. Onun bərpasına ən azı 4 ay lazım gələcək. Beləliklə, Rusiya yığmasının legioneri qitə çempionatı ilə yanaşı, gələn mövsümün startını buraxmalı olacaq.

Qeyd edək ki, Avropa çempionatı iyunun 8-də start götürəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm