“Barselona”ya şad, “Real”a bəd xəbər
Bizi izləyin

İdman

“Barselona”ya şad, “Real”a bəd xəbər

Avropanın aparıcı çempionatları arasında yalnız İspaniya La Liqasında çempionluğun taleyi son tura qalıb.

Publika.az xəbər verir ki, mayın 14-də bu sual da həllini tapacaq. “Barselona” və “Real” mövsümün ən çətin səfər oyunlarını keçirəcəklər. Kataloniyalılar “Qranada”nın qonağı olacaqlar. Madridlilər isə La Korunyada “Deportivo” ilə qarşılaşacaq.

Son tur ərəfəsində çempionluğa iddialı klubların düşərgəsindən iki fərqli xəbər var.

“Barselona”nın müdafiəçisi Tomas Vermalen zədəsini sağaldıb. Komandanın məşqlərinə qatılan belçikalı futbolçu meydana çıxmağa hazırdır.

Kataloniya təmsilçisinin baş məşqçisi Luis Enrike şans verəcəyi təqdirdə Vermalen La Liqada "Qranada", İspaniya kubokunun finalında isə "Sevilya" ilə görüşdə oynayacaq.

Zədədən əziyyət çəkən “Real”da isə daha bir futbolçu sıradan çıxıb. Lukas Vaskes dizindən zədə alıb. Onun "Deportivo"ya qarşı matçda oynamayacağı bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm