Neymara fantastik qiymət - 220 milyon avroya
Bizi izləyin

İdman

Neymara fantastik qiymət - 220 milyon avroya

“Barselona” ulduz futbolçusu Neymarla müqaviləni 2021-ci ilə qədər artırmaq niyyətindədir.

Publika.az xəbər verir ki, sövdələşmə baş tutacağı təqdirdə Braziliya millisinin forvardının transfer qiyməti 220 milyon avroya çatacaq.

Neymarın Kataloniya klubuyla hazırki müqaviləsinin müddəti 2018-ci ilin iyununa kimi nəzərdə tutulub. İndi onu transfer etmək istəyən klub 190 milyon avro kompensasiya ödəməli olacaq. “Barsa”nın futbolçuları arasında ən yüksək kompensasiya məbləği isə argentinalı futbol dahisi Lionel Messiyə məxsusdur – 250 milyon avro.

Klub rəhbərliyi ilə Neymar arasında yeni anlaşma barədə danışıqlar davam edir. Braziliyalı futbolçunun tələb etdiyi əsas şərtlərdən biri hüquqi nöqteyi-nəzərdən təhlükəsizliyin təmin olunması məsələsidir. Məlum olduğu kimi, martın 18-də San-Paulu şəhərinin federal məhkəməsi fırıldaqçılıq və vergidən yayınmaqda ittiham olunan futbolçunun dövlət büdcəsinə 45 milyon avro (50,8 milyon dollar) ödəməsiylə bağlı qərar çıxarıb. Ancaq bu yekun qərar deyil, futbolçunun qərardan şikayət etmək hüququ var.

Neymar 2013-cü ildən “Barsa”nın şərəfini qoruyur. Cari mövsümdə braziliyalı qoleador Kataloniya klubunun heyətində bütün turnirlərdə 46 oyun keçirib və 30 qol vurub.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm