“Qarabağ”a prezident təbriki
Bizi izləyin

İdman

“Qarabağ”a prezident təbriki

FIFA-nın prezidenti Canni İnfantino Azərbaycan Premyer Liqasının qalibi "Qarabağ"ı təbrik edib.

Publika.az xəbər verir ki, bu barədə ali futbol qurumunun yeni rəhbərinin AFFA-nın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubda bildirilir.

C.İnfantino dünya futbol ailəsi adından "Qarabağ"ı 2015/2016-cı il mövsümünün qalibi olması, Çempionlar Liqasına vəsiqə qazanması və gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatması münasibətilə təbrik edib, daha böyük uğurlar arzulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm