“Qəbələ” çempiona qarşı - AFİŞA
Bizi izləyin

İdman

“Qəbələ” çempiona qarşı - AFİŞA

Bu gün Azərbaycan Premyer Liqasında 34-cü turun oyunları keçiriləcək. Bütün oyunlar eyni gündə baş tutacaq.

Publika.az xəbər verir ki, çempionluğu rəsmiləşdirən “Qarabağ” “Qəbələ”ni qəbul edəcək. Bu qarşılaşmada “Köhlən atlar”ın qələbə üçün aşırı güc sərf etməsinin heç bir əhəmiyyəti yoxdur. “Qarabağ” bundan sonra yalnız kubokun finalını düşünməli və avrokubok oyunlarına hazırlaşmalıdır. Ancaq “Qəbələ” üçün bu qarşılaşma olduqca vacibdir. Komanda heç olmasa, mövsümü 3-cü pillədə başa vurmağa cəhd etməlidir. Üstəlik, çempion üzərində qazanılacaq qələbə də “Qəbələ” üçün kiçik təsəlli olardı.

Avrokuboklar şansını saxlayan AZAL “Zirə”ni qəbul edəcək. “Zirə” son turlar olduqca zəif təsir bağışlayır. Ötən tur qəsəbə komandasının “Qəbələ”yə müqavimət göstərə bilməməsi də təəccübə səbəb oldu. AZAL isə öz meydanında demək olar ki, məğlubedilməzdir. Üstəlik, ötən tur avrokuboklara vəsiqə uğrunda mübarizədə əsas rəqibi “Neftçi”yə məğlub olan “təyyarəçilər”in bundan sonra xal itirməyə haqqı yoxdur.

Avrokuboklara daha bir iddiaçı “Neftçi” Gəncədə “Kəpəz”in qonağı olacaq. Gəncə klubu avrokuboklara vəsiqəni təmin edib. İndi bu komanda bürünc və hətta gümüş medallar da arzulaya bilər.

Azərbaycan Premyer Liqası. 34-cü tur

11 may

16:00 AZAL – Zirə

Statistika: 3 oyun, 1 qələbə, 2 məğlubiyyət, top fərqi - 3:5.

Cari mövsümdə: 0:1, 1:0, 2:4

AZAL Arena

Yalnız cari mövsümdə üz-üzə gələn komandaların hər üç duelində meydan sahibi olan tərəf qalib gəlib. AZAL-ın yeganə ev oyununda isə cəmi 1 qol vurulub.

16:00 Kəpəz – Neftçi

Statistika: 41 oyun, 16 qələbə, 7 heç-heçə, 19 məğlubiyyət, top fərqi - 40:65.

Cari mövsümdə: 0:0, 1:1, 3:2

Gəncə şəhər stadionu

“Kəpəz” son 3 matçda uduzmayıb. “Neftçi” 14 ildi səfərdə məğlub olmur. 7 ev matçında qalib gəlməyən Gəncə təmsilçisi sonuncu dəfə 2002-ci ildə qonaqları məğlub edib.

17:00 İnter – Xəzər Lənkəran

Statistika: 35 oyun, 14 qələbə, 15 heç-heçə, 6 məğlubiyyət, top fərqi - 40:29.

Cari mövsümdə: 0:2, 2:0, 1:0

“İnter Arena”

Rəqiblərin son 4 matçında qol vuran komanda qalib gəlir. “İnter” son 4 ev oyununda 2 və ya daha çox top fərqiylə qalib gəlib. Rəqib meydanında 7 oyundu qalib gəlməyən “Xəzər Lənkəran” 5 ildi səfərdə 3 xal əldə etmir.

18:00 Sumqayıt – Rəvan

Statistika: 15 oyun, 3 qələbə, 6 heç-heçə, 6 məğlubiyyət, top fərqi - 17:20.

Cari mövsümdə: 0:0, 3:3, 2:1

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Son 7 görüşdə meydan sahibi olan komanda qalib gəlməyib. “Sumqayıt” son 6 matçda uduzmayıb.

19:00 Qarabağ – Qəbələ

Statistika: 31 oyun, 14 qələbə, 10 heç-heçə, 7 məğlubiyət, top fərqi - 42:29.

Cari mövsümdə: 2:2, 1:1, 2:1

“Əlincə Arena”

“Qarabağ” son 4 oyunda məğlub olmayıb. Qonaq komanda olan tərəf 5 matçdır uduzmur. “Qəbələ” 6 görüşdür meydanı qolsuz tərk etmir. Son 4 görüşdə hər iki komanda qol vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm