Dünya Kubokunun püşkü atıldı
Bizi izləyin

İdman

Dünya Kubokunun püşkü atıldı

Sərbəst və yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışlarının püşkatma mərasimi keçirilib.

Publika.az xəbər verir ki, püşkatma mərasimi ötən həftə Türkiyənin İstanbul şəhərində Rio Olimpiadasına II Dünya təsnifat turniri zamanı keçirilən Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin iclasında baş tutub.

Xatırladaq ki, yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışları mayın 19-20-də İran İslam Respublikasının Şiraz şəhərində, sərbəst güləş üzrə Dünya Kuboku yarışları isə, iyunun 11-12-də ABŞ-ın Los Anceles şəhərində baş tutacaq.

Məlumat üçün bildirək ki, ötən il keçirilən analoji yarışda yunan-Roma güləşi üzrə yığma komandamız tarixində ilk dəfə Dünya Kubokunun sahibi olub, sərbəst güləşçilərimiz isə yarışları 3-cü yerdə başa vurub.

Yunan-Roma güləşi

A qrupu

Rusiya

Belarus

Almaniya

Qazaxstan

B qrupu

İran

AZƏRBAYCAN

Türkiyə

Ukrayna

Sərbəst güləş

A qrupu

Rusiya

Gürcüstan

Türkiyə

Monqolustan

B qrupu

İran

AZƏRBAYCAN

Hindistan

ABŞ

Oxumağa davam et
Reklam
Reklam

Gündəm