Rafael Ağayevlə görüşə tələsən fanat ordusu - VİDEO
Bizi izləyin

İdman

Rafael Ağayevlə görüşə tələsən fanat ordusu - VİDEO

Azərbaycan karateçiləri Fransanın Monpelye şəhərində 51-ci Avropa çempionatını 3-cü yerdə başa vurdu. 2 qızıl və 1 bürünc medal qazanan milli komandamız mükafatlara sahib ola bilən 21 ölkə arasında yerli fransızlar və ikinci yerdəki ispanlardan başqa Avropanın və dünyanın bir çox güclü karate dövlətlərini qabaqladı.

4 qat dünya çempionu Rafael Ağayev (-75 kq) 13-cü dəfə Avropa çempionu olmaqla şəxsi rekordunu yenilədi. Azərbaycan idmanının fəxrlərindən sayılan “Karatenin Maradona”sının fanat dairəsi gündən-günə genişlənməkdədir.

Bir məqamı da qeyd edək ki, Rafael son 2 Avropa çempionatında rəqibə 1 xal vermədən bütün döyüşlərdə qalib gəlməklə də tarixə düşdü.

Biz adətən məşhur futbolçuların, digər idman növlərində şöhrət qazanan idmançıların avtoqraf verməsini izləmişik. Ancaq bizə Azərbaycan idmançısından xatirə sözləri almaq, onunla şəkil çəkdirmək istəyən azarkeş ordusunun necə növbəyə düzüldüyünü görmək də nəsib oldu.

Yüzlərlə pərəstişkarı Rafael Ağayevlə görüşmək üçün görün necə səbrlə gözləyir.

Publika.az həmin görüntüləri təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm