İdman
Azərbaycanın formal qələbəsi
Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının qrup mərhələsində son oyununu keçirib.
Publika.az xəbər verir ki, rəqib Şotlandiya yığması olub. "Bakcell Arena"da keçirilən oyunun ilk hissəsində azarkeşlər qol görməyiblər. İkinci hissədə Təbriz Həsənovun rəhbərlik etdiyi komanda təzyiqləri artırıb və sonda istəyinə çatıb. 79-cu dəqiqədə Fərid Nəbiyevin uzaq məsafədən zərbəsi dəqiq olub - 1:0. Uzatma dəqiqələrində Freyzer Hornbi qırmızı vərəqə alaraq, Şotlandiyanı azlıqda qoyub.
Qələbəyə baxmayaraq, Azərbaycan millisi 1/4 finala yüksələ bilməyib. Buna qrupun paralel oyununda Portuqaliya yığmasının Belçika ilə qolsuz heç-heçə etməsi səbəb olub. A qrupunda mübarizənin yekununda Portuqaliya yığması 7 xalla birinci, Belçika 5 xalla 2-ci, Azərbaycan 4 xalla 3-cü olub. Xal qazana bilməyən Şotlandiya isə qrup sonuncusu olub.
Üç oyunun nəticəsinə əsasən, Portuqaliya və Belçika yığmaları növbəti mərhələyə vəsiqə qazanıblar.
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var