Ya İspaniya, ya da İtaliya Avropa çempionatından kənarda qalacaq
Bizi izləyin

İdman

Ya İspaniya, ya da İtaliya Avropa çempionatından kənarda qalacaq

17 yaşadək futbolçular arasında Bakıda keçirilən Avropa çempionatının qrup mərhələsinə bu gün yekun vurulacaq.

Publika.az xəbər verir ki, gün ərzində 4 qarşılaşma oynanılacaq. Hazırda 4 xalla C qrupunun lideri olan Danimarka İngiltərəni sınağa çəkəcək. 1/4 finala yüksəlmək üçün Danimarkanı heç-heçə qane edirsə, İngiltərə mütləq qələbə qazanmalıdır. Oyun bərabərliklə başa çatacağı halda, qrupdan çıxmaq üçün İngiltərə yığması İsveç - Fransa maçtında ikincilərin qələbəsini arzulamalıdır.

D qrupunda da mövqelər dəyişə bilər. İspaniya - İtaliya maçtında qalib komanda 1/4 finala vəsiqəni təmin edəcək. Amma İtaliyadan fərqli olaraq, İspaniyanı heç-heçə də qane edir. Qrupun digər oyununda Serbiya və Hollandiya yığmaları üz-üzə gələcək. Serbiyalılar mərhələ adlamaq üçün mütləq qələbə qazanmalı və hazırkı lider İspaniyanın 3 xal qazanmasını gözləməlidir. Hollandiyaya nəinki qələbə, hətta heç-heçə də kifayət edir. Bir şərtlə ki, İtaliya bugünkü görüşdə xal itirməlidir.

AÇ-2016 (U-17). 3-cü tur

12 may

C qrupu

19:00 İsveç – Fransa

"Azərsun Arena"

19:00 Danimarka – İngiltərə

Bakı Olimpiya Stadionu

C qrupu: Danimarka - 4, İsveç - 3, İngiltərə - 3, Fransa - 1.

D qrupu

14:00 İspaniya – İtaliya

"Azərsun Arena"

14:00 Serbiya – Hollandiya

Bakı Olimpiya Stadionu

D qrupu: İspaniya - 4, Hollandiya - 3, İtaliya - 3, Serbiya - 1.

Qeyd edək ki, A qrupunda Portuqaliya, Belçika, B qrupunda isə Almaniya və Avstriya yığmaları 1/4 finala vəsiqə qazanıb. Növbəti mərhələdə Portuqaliya - Avstriya, Almaniya - Belçika görüşlərinin keçiriləcəyi dəqiqləşib. Daha 2 cütün tərkibi bugünkü qarşılaşmalardan sonra müəyyənləşəcək. Oyunlar 14-15 mayda "Dalğa Arena"da və "Bakcell Arena"da keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm