IV İslam Həmrəyliyi Oyunlarının loqo və brendi təqdim olundu - FOTO
Bizi izləyin

İdman

IV İslam Həmrəyliyi Oyunlarının loqo və brendi təqdim olundu - FOTO

Bakıda 2017-ci ildə keçiriləcək İslam Həmrəyliyi Oyunlarının yeni loqosu və brendi müəyyənləşib.

Publika.az xəbər verir ki, təqdimat mərasimi bu gün "Hilton" otelindəki mərasimdə baş tutub. Azərbaycanlı dizaynerlər qrupu tərəfindən hazırlanmış loqo özündə İslam dövlətlərinin tarixi, irsi və mədəniyyətini birləşdirir. Brendin əsas mövzusuna gəldikdə, burada əksər müsəlman dövlətlərinə xas olan zəngin mədəni ənənənin tərkib hissəsi olaraq, xalçaçılığın müasir təsviri yer alıb. Brenddə islam dünyasının sənətkarlığını, mədəniyyətini və çoxəsrlik ənənələrini əks etdirən qalın rəng palitrasından istifadə olunub. Xalça kombinasiyasındakı elementlər Azərbaycan irsini simvolizə edir. Bu elementlər UNESCO-nun ümumdünya irs siyahısına daxil edilmiş Qobustan Milli Parkındakı qaya üzərində tarixi təsvirlərə ehtiram əlaməti olaraq, idman növləri ilə eleqant şəkildə birləşdirilib.

Qeyd edək ki, dizayn biletlər, uniformalar üzərində əks etdiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm