Azərbaycanlıya Avropada yüksək vəzifə verildi
Bizi izləyin

İdman

Azərbaycanlıya Avropada yüksək vəzifə verildi

Rusiyanın Kazan şəhərində Avropa Sambo Federasiyasının (ESF) Hesabat-Seçki Konqresi keçirilib.

Publika.az xəbər verir ki, iclasda Sergey Yeliseyev yekdilliklə növbəti 4 il müddətinə ESF-in prezidenti seçilib.

13 nəfərlik İcraiyyə Komitəsinin üzvlüyünə seçilənlər arasında isə Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov da var. 7 qat dünya çempionu həm də ESF-in vitse-prezidenti seçilib. Digər vitse-prezidentlər bolqarıstanlı Rumen Stoylovla yunanıstanlı Merabi İliadis, baş katib isə italiyalı Roberto Ferrarisdir.

S.Yeliseyev çıxışında "Bakı 2015" I Avropa Oyunlarının proqramında sambonun da yer almasını böyük uğur və sıçrayış kimi dəyərləndirib. O, sambonun Avropa Oyunlarında layiqincə təmsil olunduğunu vurğulayıb:

"Oyunlarda bizim də iştirakımız sambonun yeni - olimpiya səviyyəsinə nəinki cəhd etməsinin, hətta real olaraq daxil olmasının indikatorudur".

Toplantıda, həmçinin Avstriya Sambo Federasiyası ESF üzvlüyünə qəbul olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm