Millimiz İtaliya, Fransa və Serbiyadan öndə
Bizi izləyin

İdman

Millimiz İtaliya, Fransa və Serbiyadan öndə

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası Bakıda keçirilən Avropa çempionatında 1/4 final mərhələsindən ən çox xalla kənarda qalıb.

Publika.az xəbər verir ki, Təbriz Həsənovun baş məşqçi olduğu yığma A qrupunda 3 oyundan 4 xal toplayıb.

Təşkilatçı ölkə yığması bu göstəricidə hətta qrupda qalan İtaliya və Fransanı da qabaqlayıb. Yekun sıralamada Azərbaycan millisi Danimarka ilə birgə 9-10-cu yerləri bölüşdürüb.

Mübarizəni dayandıran komandaların xal durumu:

9-10. Danimarka, AZƏRBAYCAN - hərəyə 4 xal

11-12. İtaliya, Bosniya və Herseqovina - hərəyə 3

13 - 15. Fransa, Ukrayna, Serbiya - hərəyə 1

16. Şotlandiya - 0.

Qeyd edək ki, 1/4 final mərhələsi çərçivəsində mayın 14-də Portuqaliya - Avstriya və Almaniya - Belçika, mayın 15-də isə İsveç - Hollandiya və İspaniya - İngiltərə qarşılaşmaları keçiriləcək. Yarımfinal oyunları mayın 18-də, final matçı isə mayın 21-də olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm