• USD 1,7008 0,00% EUR 1,9963 0,00%
    • GBP 2,1926 0,00% RUB 0,0287 0,00%

Yubileylərlə zəngin həftə – 50, 100, 150

  • İdman
  • 13 May 2016 15:08
  • 288 Baxış
Yubileylərlə zəngin həftə – 50, 100, 150

Azərbaycan çempionatının 34-cü turu bir sıra məqamlarla yadda qaldı.

Publika.az xəbər verir ki, “Rəvan”ın kapitanı Ramazan Abbasov paytaxt təmsilçisinin heyətində 100-cü oyununu keçirib. Yarımmüdafiəçinin yubiley matçı “Sumqayıt”la matça təsadüf edib. “Rəvan”ın tarixində ən çox oyun keçirən futbolçu olan Abbasov komandasının 1:3 hesabı ilə uduzduğu görüşdə yubiley qeyd edib. O, 100 qarşılaşmada 10 qola imza atıb. Yarımmüdafiəçi 2011/12 mövsümündə 31 (3 qol), 2012/13 mövsümündə 14 (1 qol), 2013/14 mövsümündə 25 (3 qol), cari çempionatda 30 (3 qol) qarşılaşmada “Sarı-qırmızılar”ın formasını geyinib.

“Rəvan”da ən çox oyun keçirən futbolçular siyahısında Abbasovu Novruz Məmmədovla Samuel Barlay izləyir – hərəyə 61 oyun. Xuan Manuel Varea 59, Şerif Suma 54 dəfə paytaxt təmsilçisinin formasını geyinib.

Elə həmin oyun “Sumqayıt” klubu üçün də əlamətdar olub. “Gənclik şəhəri” təmsilçisi Azərbaycan çempionatlarında 150-ci qolunu vurub. Yubiley qolu “Rəvan”la ev matçına təsadüf edib. Bu görüşədək hesabında 148 qol olan sumqayıtlılar 3:1 hesablı əzmkar qələbə ilə 150-ni arxada qoyub. Yubiley qolunu isə 71-ci dəqiqədə komandasını hesabda önə çıxaran Pərdis Fərcad-Azad vurub. Sumqayıtlılar 150-ci qolu Premyer Liqadakı 166-cı matçda vurub ki, bu oyunlarda 252 top buraxıb.

İndiyədək “Sumqayıt”ın 43 futbolçusu qol sevinci yaşayıb. Onlar 148 qol vurubsa, 3 dəfə də rəqiblər avtoqol müəllifi olub. 151 qola ən çox töhfə verən məhz Pərdisdir. Onun hesabında 22 qol var. Məhəmməd Qurbanov 18, Orxan Əliyev 14 dəfə fərqlənibsə, Amil Yunanov 10-cu – yubiley qolunu “Rəvan”la matçda rəqib qapısından keçirib.

Gəncəni təmsil edən “Kəpəz” Azərbaycan çempionatları tarixində 50-ci ev məğlubiyyətini 34-cü turda alıb. Gəncədə 2:1 hesablı əzmkar qələbə qazanan “Neftçi” qərblilərin doğma azarkeşlər önündə keçirdiyi 251-ci qarşılaşmada 50-ci dəfə xalsız qalmasına səbəb olub. İndiyədək öz meydanında keçirdiyi matçlarda 165 qələbə qazanıb, 36 heç-heçə edən “Kəpəz” 572 qol vurub, 215-ni buraxıb.

“Neftçi” və “Qarabağ” Gəncədə hamıdan çox – hərəyə 7 qələbə qazanıb. “Bakı” 6, “Xəzər Lənkəran” 5, “İnter”, “Turan”, AZAL hərəyə 4, “Şəmkir” 3, “Simurq” 2 dəfə “Kəpəz”in meydanında qalib gələ bilib. Digər 8 komanda isə hərəyə 1 dəfə bunu bacarıb.

Bütün statistik məlumatlar Peəkar Futbol Liqasının rəsmi saytına məxsusdur.

Pərviz Hikmət

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>