AÇ-2016-nın rəsmi himni - VİDEO
Bizi izləyin

İdman

AÇ-2016-nın rəsmi himni - VİDEO

Fransada keçiriləcək futbol üzrə Avropa çempionatının rəsmi mahnısı hazırlanıb.

Publika.az xəbər verir ki, mahnı məşhur müğənni David Quetta tərəfindən ərsəyə gətirilib.

İsveçli müğənni Zara Larssonun da yer aldığı mahnıda xüsusi tətbiqetmə vasitəsilə bütün dünyadan 1 milyon azarkeş iştirak edir. Mahnı "This One’s For You" ("Bu, sizin üçündür") adlanır.

Turnirin rəsmi mahnısı “Stad de Frans”da keçiriləcək açılış və bağlanış mərasimində ifa olunacaq. Bundan əlavə, cütlük iyunun 9-da Parisdə Eyfel qülləsinin altında konsert proqramı ilə çıxış edəcək.

Rəsmi mahnı hər oyundan əvvəl və sonra televiziyalarda səslənəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm