PFL araşdırmaya başladı - Futbolçular oyun satıblar
Bizi izləyin

İdman

PFL araşdırmaya başladı - Futbolçular oyun satıblar

İspaniyanın Peşəkar Futbol Liqası (LFP) “Rayo Valyekano”nun bir neçə futbolçusu ilə bağlı araşdırmalara başlayıb.

Publika.az xəbər verir ki, futbolçular oyun satmaqda şübhəli bilinirlər. Məlumata görə, “Rayo Valyekano”nun futbolçuları İspaniya çempionatının 37-ci turunda “Real Sosyedad”la keçirilən oyunda (1:2) qəsdən məğlub olublar.

Belə ki, futbolçular oyundan əvvəl öz komandalarının məğlubiyyətinə pul yatırmaqda şübhəli bilinirlər. Məlumat yayıldıqdan sonra klub azarkeşləri futbolçularla görüşərək, onlardan izahat tələb ediblər.

“Rayo Valyekano” çempionatın başa çatmasına bir tur qalmış 35 xal toplayaraq, 19-cu pillədə qərarlaşıb. Komandanın elitada qalmaq şansı var. Ancaq bu, daha çox digər klubların nəticələrindən asılıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm