Türkiyədə qanlı olay – FOTOLAR/VİDEO
Bizi izləyin

İdman

Türkiyədə qanlı olay – FOTOLAR/VİDEO

Türkiyə futbolunda növbəti qalmaqal yaşanıb.

Publika.az xəbər verir ki, Superliqada "Əskişəhərspor"un "İstanbul Başakşəhər"ə 1:2 hesabı ilə uduzduğu oyundan sonra azarkeşləri aranı qatıblar.

Belə ki, onlar doğma komandalarının birinci diviziona düşdüyünü zənn edərək əvvəlcə oturacaqları qıraraq meydana tullayıb, sonra isə meydana giriblər. Nəticədə böyük insident olub, hətta qan axıdılıb. Hadisə yerində polislərin, təhlükəsizlik xidmətinin əməkdaşları, tibbi personalın xidmətindən istifadə olunub.

Əslində isə "Əskişəhərspor"un Superliqadan düşməsi hələ rəsmiləşməyib. Komanda 30 xalla sondan əvvəlki pillədə yer alıb və taleyinə axırıncı turda aydınlıq gələcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm