3 idmançımız Rumıniyadan qızılla qayıdır - FOTO
Bizi izləyin

İdman

3 idmançımız Rumıniyadan qızılla qayıdır - FOTO

Rumıniyanın paytaxtı Buxarest şəhərində Muay-Tay WTKA versiyası üzrə Avropa çempionatı keçirilib.

Publika.az xəbər verir ki, çempionatda Azərbaycanı 5 idmançıdan ibarət komanda təmsil edib. Böyüklərin yarışında – Abdulrəhman Abdullayev (54 kq), Alid Məmmədzadə (67 kq) və Fərid Məmmədzadə (70 kq), gənclərin yarışında isə - Mirfaiq Qəniyev (51 kq) və Müslüm Salahov (60 kq) çıxış ediblər.

Gərgin mübarizədə 3 idmançımız kürsünün ən yüksək pilləsinə çıxaraq, Avropa çempionu adını qazanıb və ölkəmizə 3 qızıl medal gətirib. Bunlar Mirfaiq Qəniyev, Alid Məmmədzadə və Abdulrəhman Abdullayevdir.

Qeyd edək ki, komandanın baş məşqçisi və rəhbəri Şəhriyar İsayevdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm