Ronaldodan inanılmaz rekord
Bizi izləyin

İdman

Ronaldodan inanılmaz rekord

"Real"ın portuqaliyalı hücumçusu Kriştianu Ronaldo daha bir rekorda imza atıb.

Publika.az xəbər verir ki, portuqaliyalı qoleador İspaniya çempionatının 2015/16 mövsümünün son turunda "Deportivo" ilə oyunda (2:0) dubl etməklə mövsümdə vurduğu qolların sayını 51-ə çatdırıb. Bunların 35-i La Liqanın, 16-sı Çempionlar Liqasının payına düşür. Bununla da Ronaldo ardıcıl 6 mövsüm klub səviyyəsində 50-dən çox qol vuran ilk futbolçu olub.

Portuqaliya millisinin kapitanı geridə qalan 5 il ərzində "Real"da 280 dəfə fərqlənib:

2010/11 - 53 qol

2011/12 - 60 qol

2012/13 - 55 qol

2013/14 - 51 qol

2014/15 - 61 qol

Oxumağa davam et
Reklam
Reklam

Gündəm