Avropa Kubokunda 4 medal
Bizi izləyin

İdman

Avropa Kubokunda 4 medal

Rusiyanın Orenburq şəhərində cüdo üzrə Avropa kubokuna yekun vurulub.

Publika.az xəbər verir ki, Azərbaycan millisinin mötəbər turnirdə çıxışı uğurlu alınıb. Cüdoçularımız 4 medal qazanaraq çempionatı ikinci yerdə tamamlayıb.

Hidayət Heydərov (73 kq) və Zeym Kotsiyev (100 kq) qızıl, Rasim Əlməmmədov (60 kq) gümüş, Tural Səfquliyev isə bürünc medal qazanıb.

Qeyd edək ki, Orenburqda təşkil olunan Avropa kubokunda 19 ölkədən 261 idmançı medallar uğrunda mübarizə aparıb. Azərbaycan millisi isə 7 cüdoçu ilə təmsil olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm