• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Avroliqa:"Yuventus" qazandı, "Bazel" dağıtdı - NƏTİCƏLƏR

  • İdman
  • 4 Aprel 2014 02:24
  • 672 Baxış
Avroliqa:"Yuventus" qazandı, "Bazel" dağıtdı - NƏTİCƏLƏR

Çempionlar Liqasının ardınca Avropa Liqasında da 1/4 final mərhləsinə start verilib. Bu gecə bu mərhələnin ilk oyunları keçiriləcək.

Gecənin ən maraqlı qarşılaşmalarından biri Lionda baş tutub. Bu matçda "Olimpik" "Yuventus"u qəbul edib. Turin klubu səfər matçında qələbə qazanaraq üstünlük əldə edib - 1:0. Matçın yeganə qoluna 85-ci dəqiqədə Leonardo Bonuççi imza atıb.

Avropa Liqasının favoritlərindən olan "Portu" və "Sevilya" Portuqaliyada üz-üzə gəlib. Bu oyunda da bir qol vurulub. 31-ci dəqiqədə rəqib qapısına yol tapan Eliaquim Manqala "Portu"ya qələbə qazandırıb. 87-ci dəqiqədə qırmızı vərəqə alan Fernando meydan sahiblərini azlıqda qoyub.

Daha bir maraqlı qarşılaşma Hollandiyada baş tutacaq. 1/8 finalda "Anji"ni mübarizədən kənarlaşdıran "Alkmaar" "Tottenhem"dən üstün olmuş "Benfika"nı qəbul edib. Portuqaliyalılar səfər matçında 1:0 hesablı qələbəyə sevinib. Qarşılaşmanın yeganə qoluna 48-ci dəqiqədə Eduardo Salvio imza atıb.

Günün digər oyununda isə "Valensiya" "Bazel"in qonağı olub. İsveçrə klubu ilə oyunda 3:0 hesablı qələbə qahanaraq, səfərə istədiyi hesabla yollanmaq imkanı qazanıb. İsveçrə klubunu heyətində Matias Delqado dubl edib, Valentin Stokker bir qol vurub.

Avropa Liqası

2013/14 mövsümü

1/4 final (ilk oyunlar)

3 aprel

00.05 Bazel (İsveçrə) - Valensiya (İspaniya) 3:0

Qollar: Matias Delqado, 34; 38. Valentin Stokker, 90+1.

Bazel: Yann Sommer, Filip Degen (Fabian Frey, 46), Qaston Sauro, Fabian Şkar (Breel Embolo, 72), Naser Aliji, Serey Die, David Degen, Matias Delqado (Məhəmməd Elneni, 58), Marselo Diaz, Valentin Stokker, Taulant Xaka.

Ehtiyat oyunçular: Qermano Vailati, Simon Dünki, Admir Seferaqiç, Albian Ajeti.

Baş məşqçi: Murat Yakın.

Valensiya: Visente Quayta, Joao Pereyra, Ceremi Matyu, Filipe Senderos (Antonio Barraqan, 25), Sofiane Feqouli, Xuan Bernat, Dani Pareyo, Fede Kartabia (Pablo Piatti, 70), Seydu Keyta, Pako Alkaker, Eduardo Varqas.

Ehtiyat oyunçular: Jaume, Salvador Ruis, Oriol Romeu, Mişel, Yonas.

Baş məşqçi: Xuan Antonio Pizzi.

Sarı vərəqələr: Serey Die, 13. Breel Embolo, 76 - Filipe Senderos, 19.

Baş hakim: Martin Atkinson (İngiltərə).

Bazel. "St. Jakob-Park" stadionu.

00.05 Alkmaar (Hollandiya) - Benfika (Portuqaliya) 0:1

Qol: Eduardo Salvio, 48.

Alkmaar: Esteban Alvarado, Mattias Yohansson, Nik Vierqever, Simon Poulsen (Yohann Qudmundsson, 49), Ceffrey Qouveleeuv, Nemanya Qudely (Markus Henriksen, 81), Stiven Berquis, Viktor Elm, Kelso Ortiz, Aron Yohannsson, Roy Beerens.

Ehtiyat oyunçular: İves De Vinter, Etyenne Reiynen, Uesli Hoedt, Donni Qorter, Denni Avdiç.

Baş məşqçi: Dik Advokaat.

Benfika: Artur Moraes, Luisao, Maksi Pereyra, Guilherme Siqueyra, Ezekuiel Garay, Ruben Amorim (Andre Almeyda, 39), Nikolas Qaytan, Andre Qomes, Oskar Kardozo (Lima, 64), Eduardo Salvio, Rodriqo (Lazar Markoviç, 77).

Ehtiyat oyunçular: Jan Oblak, Jardel, Miralem Süleymani, Filip Curiciç.

Baş məşqçi: Jorge Xesus.

Sarı vərəqələr: Aron Yohannsson, 90 - Nikolas Qaytan, 61. Guilherme Siqueyra, 90. Eduardo Salvio, 90+2. Maksi Pereyra, 90+5.

Baş hakim: Svein Oddvar Moen (Norveç).

Alkmaar. AFAS stadionu.

Portu (Portuqaliya) - Sevilya (İspaniya) 1:0

Qol: Eliaquim Manqala, 31.

Portu: Fabiano, Danilo, Dieqo Reyes, Eliaquim Manqala, Aleks Sandro, Karlos Eduardo (Xuan Quyntero, 57), Fernando, Stiven Defur (Hektor Herrera, 70), Rikardo Kuareşma, Cekson Martines, Silvestr Varela (Nabil Gilas, 77).

Ehtiyat oyunçular: Kadu, Lika, Mikel Aqu, Rikardo.

Baş məşqçi: Luis Kastro.

Sevilya: Beto, Fernando Navarro, Daniel Karriço, Alberto Moreno, Niko Pareya, Coke, Marko Marin (Kevin Qameyro, 63), İvan Rakitiç, Visente İborra (Dioqo Fiqueyras, 63), Jose Antonio Reyes (Vitolo, 74), Karlos Bakka.

Ehtiyat oyunçular: Xavi Varas, Piotr Troxovski, Jairo Samperio, Luismi.

Baş məşqçi: Unay Emeri.

Sarı vərəqələr: Cekson Martines, 43. Fernando, 87 - Alberto Moreno, 15. Jose Antonio Reyes, 69.

Qırmızı vərəqə: Fernando, 87.

Baş hakim: Volfqanq Stark (Almaniya).

Portu. "Estadio do Dragao" stadionu.

Olimpik (Lion, Fransa) - Yuventus 0:1

Qol: Leonardo Bonuççi, 85.

Olimpik: Antoni Lopes, Henri Bedimo, Bakari Kone, Samuel Umtiti, Cordan Ferri, Steed Malbranque (Nabil Fekir, 86), Maksime Qonalons, Arnold Mvuemba, Korentin Tolisso, Aleksandre Lakazette (Bafetimbi Qomis, 75), Cimmi Briand (Klinton Njie, 89).

Ehtiyat oyunçular: Remi Verkoutre, Mehdi Zeffane, Muhamadu-Nabi Sarr, Qael Daniç.

Baş məşqçi: Remi Qarde.

Yuventus: Canluici Buffon, Giorgio Çiellini, Martin Kakeres, Leonardo Bonuççi, Paul Poqba, Klaudio Marçisio, Andrea Pirlo, Kvadvo Asamoah, Maurisio İsla (Stepan Lixtsteyner, 78), Karlos Tevez (Mirko Vuçiniç, 55), Pablo Osvaldo (Sebastian Covinko, 62).

Ehtiyat oyunçular: Marko Storari, Federiko Peluso, Simone Padoin, Fernando Llorente.

Baş məşqçi: Antonio Konte.

Sarı vərəqələr: Korentin Tolisso, 42. Antoni Lopes, 68 - Sebastian Covinko, 68. Mirko Vuçiniç, 90+2.

Baş hakim: Uilyam Kollum (Şotlandiya).

Lion. "Stade de Gerland" stadionu.

Bombardirlər: Conatan Soriano (Salzburq) - 8. Roman Bezyak (Ludoqorets) - 6. Jermain Defo (Tottenhem), Olcan Adın (Trabzonspor) - 5. Aleksander Meyer (Antraxt), Serxio Flokkari (Latsio), Pako Alkaker (Valensiya), Terrense Boyd (Rapid), Kevin Qameyro (Sevilya), Andrey Yarmolenko (Dinamo Kiyev), Yevgeni Konoplyanka (Dnepr), Alan (Salzburq), Sadio Mane (Salzburq) - 4.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR