Futbol klubunun avtobusu atəşə tutuldu
Bizi izləyin

İdman

Futbol klubunun avtobusu atəşə tutuldu

Türkiyənin 2-ci liqasında çıxış edən "Bandırmaspor" klubunun futbolçularını daşıyan avtobusa silahlı hücum olub.

Publika.az xəbər verir ki, hadisə dünən gecə saatlarında İstanbulda baş verib.

Komandanın məskunlaşdığı otelin qarşısında şəxsiyyəti məlum olmayan şəxs və ya şəxslər tərəfindən avtobusa hücum edilib, 8 dəfə atəş açılıb. Hadisəni görən otel əməkdaşları polisə və klub nümayəndələrinə məlumat veriblər. Hadisə zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, "Bandırmaspor" 1-ci liqaya yüksəlmək üçün bu gün "İstanbulspor"la yarımfinal mərhələsinin cavab oyununa çıxacaq. İlk görüşdə "Bandırmaspor" minimal hesablı qələbə qazanıb. Cütün qalibi "Gümüşhanespor" və "Keçiörengücü" komandalarının qalibi ilə finalda qarşılaşacaq. Həlledici oyunda qələbə qazanan komanda Türkiyə 1-ci liqasına vəsiqə əldə edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm