Azərbaycanın 45-ci lisenziyası triatlondan gəldi
Bizi izləyin

İdman

Azərbaycanın 45-ci lisenziyası triatlondan gəldi

Azərbaycan millisi Rio Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb.

Publika.az xəbər verir ki, yığmamızın aktivinə 45-ci vəsiqəni triatlonçu Rostislav Pevtsov yazdırıb.

Bununla bağlı Beynəlxalq Triatlon İttifaqı (ITU) tərəfindən Azərbaycan Triatlon Federasiyasına (ATF) təsdiq məktubu göndərilib. Belə ki, ITU reqlamentinə əsasən, Yay Olimpiya Oyunlarından əvvəlki 2 il ərzində (2014-2015 və 2015-2016-cı illər mövsümü) triatlonçular dünya və Avropa çempionatları, Dünya Kuboku yarışları da daxil olmaqla iştirak etdikləri bütün turnirlərdə Olimpiadaya lisenziya xalları toplayırlar. Bu müddət ərzində bir sıra yarışlarda uğurla çıxış edən Pevtsov Olimpiadada iştirak hüququ əldə edən 52 triatlonçu sırasına düşməyi bacarıb.

Bu isə yığmamızın tarixinə ilk kimi düşüb. Çünki indiyədək Azərbaycan yığması Olimpiadada bu növdə təmsil olunmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm