Türk dünyasının bu zəfərindən 16 il keçir - VİDEO
Bizi izləyin

İdman

Türk dünyasının bu zəfərindən 16 il keçir - VİDEO

2000-ci il 17 may. Türk dünyasının unuda bilməyəcəyi tarix. Həmin tarixdən 16 il ötür. 16 il əvvəl dünya türklərin səsindən lərzəyə gəlirdi. Axşam saatlarında bütün türk dünyasının gözü Danimarkanın paytaxtı Kopenhagendə yerləşən “Parken” stadionuna yönəlmişdi.

UEFA kubokunun 1999/2000 mövsümünün finalında “Qalatasaray” İngiltərə nəhəngi “Arsenal”la üz-üzə gəlirdi. Əsas vaxt 0:0 bitdiyindən qalib penalti seriyasında müəyyənləşmişdi - 4:1. Bu qələbə Türk dünyası üçün tarixi zəfər idi. Futbol tarixində ilk dəfə Türkiyə təmsilçisi qitənin ən nüfuzlu ikinci klub titulunu qazanmışdı.

“Cim-Bom” bu turnirə Çempionlar Liqasının H qrupunda 3-cü yeri tutaraq gəlmişdi. Sırayla “Bolonya”, “Borussiya D”, “Malyorka” və “Lids” komandalarını məğlub edərək finala yüksəlmişdi. Xüsusilə də “Lids”lə yarimfinal qarşılaşmaları iki ingilis azarkeşin ölümüylə bağlı dramatik keçmiş və cavab oyununda türkiyəli azarkeşlər stadiona buraxılmamışdı.

Publika.az həmin tarixi qələbənin videosunu təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm