Ən titullu klub yüksək dəstəyə qaytarıldı
Bizi izləyin

İdman

Ən titullu klub yüksək dəstəyə qaytarıldı

Sofiyanın CSKA klubu Bolqarıstan çempionatının yüksək dəstəsinə qaytarılıb. Bunda ölkənin baş naziri Boyko Borisovun böyük rolu olub.

Publika.az xəbər verir ki, ölkənin 31 qat çempionu 2015-ci ilin iyununda maliyyə problemləri üzündən 3-cü diviziona göndərilmişdi. CSKA aşağı dəstədə keçirdiyi 30 oyunda 138 dəfə fərqlənməklə yanaşı, Bolqarıstan kubokunun finalına vəsiqə qazanıb. Komanda mayın 25-də "Montana" ilə qarşılaşacaq. Həvəskarlar liqasında çıxış etməsinə baxmayaraq, heyətində yalnız bolqar futbolçuların çıxış etdiyi "ordu klubu"nun matçlarına daha çox azarkeş gəlib. Onun bütün oyunları isə televiziyadan yayımlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm