AÇ-2016: İspaniya iki məşhur hücumçudan imtina etdi
Bizi izləyin

İdman

AÇ-2016: İspaniya iki məşhur hücumçudan imtina etdi

Avropa çempionatının son qalibi İspaniya millisinin AÇ-2016 üçün heyəti açıqlanıb.

Publika.az xəbər verir ki, “Buğalar”ın baş məşqçisi Visente del Boske mövsümü yüksək səviyyədə keçirən veteran hücumçu Aritz Adurizə də dəvət göndərib. Əvəzində son Avropa çempionatının finalında qollardan birinin müəllifi olan Fernando Torres Fransadakı turnirdə iştirak etməyəcək. Həmçinin “Çelsi”nin şərəfini qoruyan Dieqo Koşta da böyük futbol bayramından kənarda qalıb.

Qapıçılar: İker Kasilyas (Porto), David de Xea (Mançester Y), Serxio Riko (Sevilya);

Müdafiəçilər: Serxio Ramos, Daniel Karvaxal (hər ikisi - Real), Jerar Pike, Xordi Alba, Mark Bartra (hamısı - Barselona), Sezar Azpilikueta (Çelsi), Mikel San Xose (Atletik), Xuanfran (Atletiko);

Yarımmüdafiəçilər: Bruno Soriano (Vilyarreal), Serxi Buskets, Andres İnyesta (hər ikisi - Barselona), Koke, Saul Niqez (hər ikisi - Atletiko), Tyaqo Alkantara (Bavariya), İsko (Real), David Silva (Mançester S), Pedro, Fransesk Fabreqas (Çelsi);

Hücumçular: Arits Aduriz (Atletik), Nolito (Selta), Alvaro Morata (Yuventus), Lukas Vazkes (Real).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm