Qadınlarımız Astanada yumruqlaşacaq - FOTO
Bizi izləyin

İdman

Qadınlarımız Astanada yumruqlaşacaq - FOTO

Mayın 19-dan 27-dək Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatına start verilir.

Publika.az xəbər verir ki, yarışa hazırlıqları başa vuran milli komandamız artıq Qazaxıstandadır. Son hazırlıq prosesini Ukraynanın İvano-Frankovsk şəhərində keçən milli komandamızın heyətində bu boksçular mübarizə aparacaq:

48 kq – Əzizə Abbasova

51 kq – Anna Əlimərdanova

57 kq – Məhsəti Həmzəyeva

60 kq – Yana Alekseyevna

64 kq – Ayzanat Hacıyeva

69 kq – Məryəm Cəbrayılova

75 kq – Elena Vstropova

81 kq – Alina Hacıyeva

+81 kq – Aynur Rzayeva

Qeyd edək ki, komandamız Qazaxıstanda baş məşqçi Aleksandr Denisov və məşqçilər İvan Yuşenko ilə Lətif Bağırovun rəhbərliyi altında çıxış edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm