Xəyallar gerçəkləşdi - RONALDİNYO SUPERLİQADA! - VİDEO
Bizi izləyin

İdman

Xəyallar gerçəkləşdi - RONALDİNYO SUPERLİQADA! - VİDEO

“Antalyaspor” rəhbərliyi azarkeşlərini supertransferlərlə sevindirməyə davam edir.

Publika.az xəbər verir ki, Superliqa təmsilçisi cari mövsümün əvvəlində dünya ulduzu Samuel Eto`Onu transfer etməklə bombanı partlatmışdı. Bu dəfəki partlayış daha səs-küylü ola bilər. Belə ki, futbol tarixinin əfsanələrindən sayılan Ronaldinyo Qauço yeni mövsümə Türkiyədə başlaya bilər. Antalya klubu braziliyalı top sehrbazı ilə ilkin razılığa gəlib. İlkin razılığa əsasn 1+1 illik müqavilə imzalana bilər.

Bu keçiddə Eto`Onun vasitəçilik etməsi “Antalyaspor”un işini xeyli yüngülləşdirib.

Yeni mövsümdə avrokuboklara vəsiqə qazanmağı qarşısına məqsəd qoyan Superliqa təmsilçisinin transfer siyahısında başqa isimlər də var. “Trabzonspor”da icarədə olan Marko Marinlə danışıqlar yekunlaşmaq üzrədir. Vaxtilə Antalyada oynayan İsmail Aysattinin də sabiq klubuna qayıdışı gözlənilir.

Pərviz Hikmət


Antalyaspor Ronaldinho ile Prensipte Anlaştı by haberler

Oxumağa davam et
Reklam
Reklam

Gündəm