• USD 1,7001 0,00% EUR 2,0010 -0,38%
    • GBP 2,2439 +0,72% RUB 0,0295 -0,34%

Avropa Liqasının qalibi “Sevilya” oldu (YENİLƏNİB)

  • İdman
  • 19 May 2016 00:37
  • 958 Baxış
Avropa Liqasının qalibi “Sevilya” oldu (YENİLƏNİB)

Futbol üzrə Avropa Liqasının 2015/2016 mövsümünün qalibi müəyyənləşib.

Publika.az xəbər verir ki, həlledici görüşdə İngiltərənin "Liverpul" və İspaniyanın "Sevilya" klubları üz-üzə gəlib. Bazeldəki "Sankt-Yakob Park" stadionunda baş tutan qarşılaşma ispanların qələbəsiylə başa çatıb. Dramatik keçən oyunun ilk hissəsində "Liverpul" hesabı açsa da, fasilədən sonra ssenari dəyişib. Beləliklə, "Sevilya" ardıcıl üçüncü dəfə Avropa Liqasının qalibi adını qazanıb. Eyni zamanda İspaniya klubu gələn mövsüm Çempionlar Liqasında birbaşa iştirak etmək hüququ da əldə edib.

Avropa Liqası. Final

18 may

22:45 Liverpul (İngiltərə) - Sevilya (İspaniya) 1:3

Starric, 35 - Qameyro, 46. Koke, 64; 71.

Bazel. “Sent Yakob-Park” stadionu

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>