2 qat dünya çempionu karyerasını bitirdi - FOTO
Bizi izləyin

İdman

2 qat dünya çempionu karyerasını bitirdi - FOTO

Voleybol üzrə 2 qat dünya və 11 qat Rusiya çempionu Yekaterina Qamova karyerasını başa vurub.

Publika.az xəbər verir ki, bu barədə 36 yaşlı idmançı “Matç TV”-yə açıqlamasında bildirib.

Qamova formalaşmasında rolu olan azarkeşlərə, məşqçilərə, ailəsinə minnətdarlıq edib. Məşhur voleybolçu qərarını sağlıq durumunun çıxışlarını əvvəlki səviyyədə davam etdirməyə imkan verməməsi ilə əsaslandırıb: "Bu, çətin, amma fikrimcə, düzgün qərardır".

Qeyd edək ki, Yekaterina Qamova 2006 və 2010-cu illərdə dünya, 1999 və 2001-ci illərdə Avropa çempionu, 2000 və 2004-cü il olimpiadalarının gümüş mükafatçısı olub. Qamova Rusiya yığması və klublarının heyətində dəfələrlə Azərbaycan təmsilçiləri ilə üz-üzə gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm