2 qat dünya çempionu karyerasını bitirdi
Bizi izləyin

İdman

2 qat dünya çempionu karyerasını bitirdi

“Mercedes” komandasının pilotu Niko Rozberq 2017-ci ildə “Ferrari”yə keçə bilər.

Almaniyalı sürücü 2010-cu ildən “Mercedes”in şərəfini qoruyur və o, bu komandadakı ilk üç mövsümündə Formula1-in əfsanəsi Mixael Şumaxeri məğlub etmişdi. Amma Rozberq son üç ildə yeni komanda yoldaşı Luis Hamiltondan geridə qalıb. Üstəlik, Hamilton iki dəfə çempion olandan sonra Rozberq, necə deyərlər, şok yaşamışdı.

Rozberq bu mövsümə əla başlayıb və ilk 4 yarışda qələbə qazanaraq, turnir cədvəlində birinci yeri tutur. Alman pilotun “Mercedes”lə müqaviləsi ilin sonunda bitəcək.

Publika.az xəbər verir ki, BBC-nin jurnalisti Corce Terrutsi Rozberqin 2017-ci ildən “Ferrari”nin şərəfini qoruyacağını iddia edib.

“Ferrari” komandasının rəhbəri Mauritsio Arrivabene “mənim telefonuma həmişə zəng gəlir” deyərək, xəbəri təkzib edib. Mauritsio bildirib ki, hazırda onlar üçün bolidin inkişafı önəmlidir.

Bir müddət əvvəl “Mercedes Motorsport”un rəhbəri Toto Volff bildirmişdi ki, Rozberq komandadan ayrılsa, onun yerinə Fernando Alonsonu gətirə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm