Fatih Terim Türkiyə millisinin heyətini açıqladı
Bizi izləyin

İdman

Fatih Terim Türkiyə millisinin heyətini açıqladı

Türkiyə millisinin baş məşqçisi Fatih Terim "Avro-2016"nın final mərhələsi üçün yığmanın genişləndirilmiş heyətini açıqlayıb. Təcrübəli mütəxəssis "TRT Spor" telekanalında qatıldığı proqramda məlumat verib.

Publika.az-ın məlumatına görə, o, 31 oyunçunu milliyə dəvət edib:

Qapıçılar: Volkan Babacan ("Başakşəhərspor", Onur Recep Kıvrak ("Trabzonspor"), Harun Tekin ("Bursaspor"), Ali Şaşal Vural ("Əskişəhərspor")

Müdafiəçilər: Gökhan Gönül, Şener Özbayraklı (hər ikisi "Fənərbaxça"), Sərdar Aziz ("Bursaspor"), Semih Kaya ("Qalatasaray"), Çağlar Söyüncü ("Altınordu"), Ahmet Çalık ("Gənclərbirliyi"), Hakan Balta ("Qalatasaray"), Caner Erkin ("Fənərbaxça"), İsmayıl Köybaşı ("Beşiktaş")

Yarımmüdafiəçilər: Mehmet Topal ("Fənərbaxça"), Səlçuk İnan ("Qalatasaray"), Ozan Tufan ("Fənərbaxça"), Oğuzhan Özyakup ("Beşiktaş"), Hakan Çalhanoğlu ("Bayer"), Nuri Şahin ("Borussiya"), Mahmut Tekdemir ("Başakşəhərspor"), Arda Turan ("Barselona"), Olcay Şahan ("Beşiktaş"), Alper Potuk ("Fənərbaxça"), Volkan Şen ("Fənərbaxça"), Yasin Öztekin ("Qalatasaray"), Emre Mor ("Nordsjaelland), Gökhan Töre ("Beşiktaş")

Hücumçular: Burak Yılmaz ("Pekin Qoan"), Cenk Tosun ("Beşiktaş"), Mevlüt Erdinç ("Qenqam"), Yunus Mallı ("Maynts")

Qeyd edək ki, Türkiyə millisinin yekun heyəti mayın 31-i açıqlanacaq. Heyətdə 23 futbolçu yer alacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm