Dünya kubokuna məğlubiyyətlə başladıq
Bizi izləyin

İdman

Dünya kubokuna məğlubiyyətlə başladıq

Bu gün Azərbaycan idmançıları İranın Şiraz şəhərində start götürəcək yunan-Roma güləşi üzrə Dünya kubokunda mübarizəyə başlayıb.

Publika.az xəbər verir ki, hər il keçirilən yarışda iki qrupa bölünən 8 komanda iştirak edir.

Azərbaycan komandasının rəqibləri İran, Türkiyə və Ukrayna olacaq. Digər qrupda Rusiya, Almaniya, Belarus və Qazaxıstan mübarizə aparacaq.

Mayın 19-da qrup görüşləri, mayın 20-də 1-ci, 3-cü, 5-ci və 7-ci yerlər uğrunda qarşılaşmalar keçiriləcək. Dünya kubokunu qazanmaq şansı əldə etmək üçün komanda öz qrupunda birinci yeri tutmalıdır.

Millimiz ilk görüşdə Türkiyə yığmasına məğlub olub.

B qrupu

AZƏRBAYCAN - Türkiyə 3:5

59 kq - Taleh Məmmədov - Fatih Üçüncü 2:1

66 kq - Elman Muxtarov - Abdulsamet Günal 3:5

71 kq - Rüstəm Əliyev - Selçuk Can 9:0

75 kq - Şəmistan Quluzadə - Furkan Bayrak 0:9

80 kq - Emin Əhmədov - Burhan Akbudak 7:9

85 kq - İslam Abbasov - Kansu İldem 5:0

98 kq - Orxan Nuriyev - Fatih Başköy 0:2

130 kq - Oyan Nəzəriani - Atilla Güzel 0:2

AZƏRBAYCAN - İran

AZƏRBAYCAN - Ukrayna

Oxumağa davam et
Reklam
Reklam

Gündəm