Alman futbolçuda xərçəng tapıldı – Axşam oyuna çıxacaq
Bizi izləyin

İdman

Alman futbolçuda xərçəng tapıldı – Axşam oyuna çıxacaq

Almaniyanın "Ayntraxt" klubunun futbolçusu Marko Russa xərçəng diaqnozu qoyulub.

Publika.az xəbər verir ki, xəstəlik "Ayntraxt"ın Almaniya Futbol İttifaqının Antidopinq Komissiyasına dopinq şübhəsi ilə bağlı müraciətindən sonra aşkarlanıb.

31 yaşlı müdafiəçinin qanında hormon tərkibinin artımı müşahidə olunub. Sonradan məlum olub ki, bunun səbəbi idmançının orqanizminin ağır xəstəlikdən müdafiəsidir.

Faciəvi diaqnoza rəğmən, Russ bu axşam "Nürnberq"lə Bundesliqada qalmaq uğrunda oyunda çıxış etməyə hazır olduğunu bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm