ÇL-də İspaniyanı yenə 5 klub təmsil edəcək
Bizi izləyin

İdman

ÇL-də İspaniyanı yenə 5 klub təmsil edəcək

UEFA Çempionlar Liqasının 2016/17 mövsümündə İspaniya 5 klubla təmsil olunacaq.

Publika.az xəbər verir ki, bu, "Sevilya"nın yenidən Avropa Liqasını qazanması sayəsində mümkün olub. Andalusiyalılar bu dəfə İngiltərə "Liverpul"unu məğlub ediblər - 3:1. "Sevilya" gələn mövsüm Çempionlar Liqasının qrup mərhələsindən mübarizəyə başlayacaq. "Barselona", "Real Madrid" və "Atletiko" da La Liqada ilk 3 yeri tutduqları üçün bu hüquqa yiyələniblər. Yalnız 4-cü yerin sahibi "Vilyarreal" "pley-off" mərhələsindən mübarizəyə qoşulacaq.

Qeyd edək ki, Avropa Liqasının qalibi 2014/15 mövsümündən Çempionlar Liqasının ən azı "pley-off" mərhələsinə vəsiqə qazanır. Çempionlar Liqasının gələcək qalibi - "Real" və ya "Atletiko" öz çempionatlarından birbaşa vəsiqəyə yiyələndiklərindən, "Sevilya" da qrup mərhələsinə yüksəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm