“Fənərbağça”nın “qara siyahı”sı - Kimlər gedir?
Bizi izləyin

İdman

“Fənərbağça”nın “qara siyahı”sı - Kimlər gedir?

Mövsümü titulsuz bitirmək təhlükəsiylə üz-üzə qalan “Fənərbağça”da ciddi kadr dəyişikliyi gözlənilir. Superliqada çempionluğu “Beşiktaş”a uduzan “Sarı-lacivərdlilər”in yalnız Türkiyə kubokunda uğur qazanmaq şansı qalır.

Publika.az xəbər verir ki, komandadan göndərilə biləcək futbolçuların siyahısında Gökhan Gönülün adı ilk yerdə qərarlaşıb. “Beşiktaş”ın maraq dairəsində olan müdafiəçi “Fənərbağça” rəhbərliyinin yeni təklifini bəyənməyib. Təcrübəli müdafiəçinin mövsümlərarası fasilədə “Qara qartal”a keçmək ehtimalı yüksəkdir.

Müqaviləsi bitmək üzrə olan Bruno Alveş və Mehmet Topal da yol üstədir. Bundan əlavə, braziliyalı yarımmüdafiəçi Dieqo Ribas da “qara siyahı”da yer alıb. Buna səbəb braziliyalı futbolçunun məvacibinin yüksək olmasıdır.

“Fənərbağça” rəhbərliyi daha 2 ulduz futbolçu – Robin van Persi və Luiş Nani ilə də sağollaşmaq barədə düşünür. Van Persi ilə ortaq məxrəcə gəlmək mümkün olmadığından, hollandiyalının İstanbulu tərk edəcəyi gözlənilir. Naninin də ayrılmaq ehtimalı yüksəkdir. Sadəcə, rəhbərlik birdən-birə 2 ulduzla vidalaşmağın azarkeşlər tərəfindən yaxşı qarşılanmayacağından ehtiyat edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm