Güləşçilərimizdən biabırçı məğlubiyyət
Bizi izləyin

İdman

Güləşçilərimizdən biabırçı məğlubiyyət

İranın Şiraz şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku start götürüb.

Publika.az xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, Rusiya, İran, Türkiyə, Qazaxstan, Belarus, Almaniya və Ukrayna güləşçiləri iştirak edir.

Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, Türkiyə və Ukrayna komandaları ilə B qrupunda mübarizə aparır. A qrupunda isə, Rusiya, Belarus, Almaniya və Qazaxstan komandaları qüvvələrini sınayır.

Millimiz türkiyənin ardından İrana da məğlub olub.

B qrupu

AZƏRBAYCAN - Türkiyə 3:5

59 kq - Taleh Məmmədov - Fatih Üçüncü 2:1

66 kq - Elman Muxtarov - A.Günal 3:5

71 kq - Rüstəm Əliyev - S.Can 9:0

75 kq - Şəmistan Quluzadə - Furkan Bayrak

80 kq - Emin Əhmədov - Burhan Akbudak 7:9

85 kq - İslam Abbasov - Kansu İldem 5:0

98 kq - Orxan Nuriyev - Fatih Başköy 0:2

130 kq - Oyan Nəzəriani - Atilla Güzel 0:2

AZƏRBAYCAN - İran 1:7

59 kq - Sakit Quliyev - Saman Murad Abduli 1:3

66 kq - Azad Əliyev - Omid Hacı Nooruzi 0:8

71 kq - Ruhin Mikayılov - Afşin Byabanqard 0:4

75 kq - Şəmistan Quluzadə - Saleh Boveyripayani 0:8

80 kq - Emin Əhmədov - Yusif Əhməd Gaderian 0:5

85 kq - İslam Abbasov - Hossein Ahmad Nuri 6:4

98 kq - Türmən Eyyubov - Mahdi Abbas Aliyarifeyzabadi 0:8

130 kq - Oyan Nəzəriani - Behnam Aliakbar Mehdizade 2:3

Oxumağa davam et
Reklam
Reklam

Gündəm