• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Çempion: “Çətinliklə, qan-tər bahasına ucalan bayraq ...”

  • İdman
  • 4 Aprel 2014 11:40
  • 1 993 Baxış
Çempion: “Çətinliklə, qan-tər bahasına ucalan bayraq ...”

XIV Yay Paralimpiya Oyunları zamanı Azərbaycana ilk qızıl medalı qazandıran Ramin İbrahimov maraqlı fikri ilə diqqət çəkib.

Publika.Az xəbər verir ki, çempion sosial şəbəkədə London Paralimpiadasında qələbə qazanarkən kameraların gözündən qaçmayan maraqlı şəkilini paylaşıb.

Şəkildə qələbədən sonra “qan-tər” içərisində olan idmançı rəy də yazmağı unutmayıb. Publika.Az idmançının sosial şəbəkədə paylaşılan və maraq doğuran statusunu təqdim edir:

“Çətinliklə, qan-tər bahasına ucalan bayraq, qazanılan qələbələr, necə də şərəfli və şirin olur.

Qeyd edək ki, Ramin İbrahimov saytımıza keçmiş müsahibələrinin birində “Özümə hələ inanıram, 2014-cü ildə Rio-De-Joneyrada keçiriləcək paralimpiada da iştirak etməyi düşünürəm. Əlimdən gələni edəcəm ki, növbəti paralimpiyada da qələbə ilə vətənimə qayıdım. Çünki məqsədim və arzum ikiqat Paralimpiya Çempionu olmaqdır.” – demişdi.

Xatırladaq ki, Ramin İbrahimov 2011-ci ildə Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi medal”ina layiq görülüb.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR