Azərbaycan çempionatında son tur – Bürünc kimin olacaq?
Bizi izləyin

İdman

Azərbaycan çempionatında son tur – Bürünc kimin olacaq?

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 2016/17 mövsümünə yekun vurulacaq.

Publika.az xəbər verir ki, sonuncu - 36 turun bütün oyunları eyni gündə keçiriləcək.

"Rəvan" və "Xəzər Lənkəran" komandaları Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaq.

Bürünc medal uğrunda mübarizədə "İnter" doğma azarkeşlər önündə gümüş medalı təmin etmiş "Zirə" klubunu qəbul edəcək.

Gəncə şəhər stadionunda keçiriləcək "Kəpəz" - "Qəbələ" matçını hər iki komanda üçün ölüm-dirim savaşı adlandırmaq olar. "Qəbələ" mövsümün son oyununda 3 xal qazanacağı təqdirdə bürünc medallara sahib çıxacaq.

Azərbaycan. Premyer Liqa, 36-cı tur

20 may

17:00 Rəvan - Xəzər Lənkəran

Hakimlər: Ramil Diniyev, Munis Abdullayev, Elgün Adıgözəlli, Elvin Əsgərov

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Məhəmməd Məmmədov

Bakı. "Bayıl Arena"

17:00 Kəpəz - Qəbələ

Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Namiq Hüseynov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-inspektor: Füzuli Nəcəfov

Gəncə. Gəncə şəhər stadionu

17:00 İnter - Zirə

Hakimlər: Fariz Yusifov, Elman Musayev, Knyaz Əmiraslanov, Fərid Məmmədov

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Gülağa Cabarov

Bakı. "İnter Arena"

19:00 Sumqayıt - Neftçi

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Cavanşir Yusifov, Ramil Əhmədov

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Xaqani Məmmədov

Sumqayıt. "Kapital Bank Arena"

19:00 Qarabağ - AZAL

Hakimlər: Ömər Paşayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Məlik Həsənov

Bakı. "Azersun Arena"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm