“Fənər” azarkeşləri “Beşiktaş”ın bayrağını təhqir etdi - FOTO/VİDEO
Bizi izləyin

İdman

“Fənər” azarkeşləri “Beşiktaş”ın bayrağını təhqir etdi - FOTO/VİDEO

Türkiyə çempionatında 2015/16 mövsümü dünən başa çatdı. Ötən həftədən məlum olduğu kimi, “Beşiktaş” tarixində 14-cü dəfə Superliqanın qalibi oldu. Ancaq “Fənərbağça” azarkeşləri “Qara qartallar”ın bu qələbəsini həzm edə bilmir.

Publika.az xəbər verir ki, “Sarı-lacivərdli” tərəfdarlar bu gecə Boğaz körpüsündə asılan “Beşiktaş” bayrağını yandırıb.

Ənənəvi olaraq, hər il Türkiyədə çempion olan komandanın bayrağı Boğaz körpüsündən asılır. Ancaq dünən gecə saatlarında körpüyə yürüş edən bir qrup fanat məşəllərlə “Beşiktaş” bayrağına od vurub.

Bu, Türkiyədə baş verən ilk hal deyil. “Fənərbağça” tərəfdarları daha əvvəl körpüdən asılan “Qalatasaray” bayrağını da yandırmışdı.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm