Futbolçunun ən yaxın dostu şəhid oldu
Bizi izləyin

İdman

Futbolçunun ən yaxın dostu şəhid oldu

Türkiyənin Mardin əyalətində hərbi avtomobilə terror hücumu olub.

Publika.az xəbər verir ki, terror aktı nəticəsində şəhid olan Hasan Basri Tek “Fənərbağça”nın futbolçusu Alper Potukun dostudur. Bu barədə futbolçu dünən “Sivasspor”la oyundan sonra sosial şəbəkədə mesaj paylaşıb. Potuk şəhid olan dostu üçün bu sözləri yazıb:

“Allah yolunda öldürülənlərə “ölülər” deməyin. Bilin ki, onlar diridirlər, fəqət siz hiss edə bilməzsiniz” (Bakara 154)”.

“Fənərbağça”lı azarkeşlər də Alper Potuka başsağlığı mesajları göndəriblər.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm