
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Berti Foqts ABŞ yığmasının çalışdırıcısı Yurgen Klinsmanın məsləhətçisi qismində işi haqda fikrini bildirib.
Publika.Az xəbər verir ki, Foqts Almaniya mətbuatına belə danışıb:
“Yurgen məndən DÇ-yə hazırlıqda ona kömək edə biləcəyimi soruşdu və mən dərhal razılıq verdim. Artıq bir neçə ildi ki, bizim yaxşı münasibətlərimiz var”.
Xatırladaq ki, ABŞ yığması DÇ-nin qrup mərhələsində Almaniya, Portuqaliya və Qana milliləri ilə mübarizə aparacaq.